twitter

13.1.15

Ağ Şəhərdə tikilən yaşayış kompleksləri haqqında məlumat və qiymətlər

Bakı Ağ Şəhər layihəsi üzrə tikinti işləri sürətlə davam etdirilir. Hazırda şəhərdə 20-dən artıq yaxın yaşayış kompleksinin tikintisi aparılır. 

Oxucuların böyük marağını nəzərə alaraq həmin komplekslər haqqında qısa məlumatları və komplekslərdə mənzillərin qiymətlərini təqdim edirik. 

Məlumatlar komplekslərin rəsmi internet səhiflərindən götürülüb.



PARİS EVLƏRİ



Bakı Ağ Şəhərdə tikilən yaşayış komplekslərindən ikisi 7 mərtəbəli “Paris Evi” və 4-5 mərtəbəli “Paris Evi” layihələridir. Zərif fransız üslubunda olan yaşayış kompleksləri “Yaşıl Ada” rayonu ərazisində tikilir. Tikinti işləri “Park Çinar Development Company” tərəfindən aparılır.



92 ailəlik, 7-mərtəbəli “Paris Evləri” yaşayış kompleksi Xətai metro stansiyasının yaxınlığında, Nobel və Babək prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsində yerləşir.



47 ailəlik, 4-5 mərtəbəli “Paris Evləri” yaşayış kompleksi isə şəhər ərazisində tikiləcək yeni metro stansiyasının yaxınlığında yerləşir. “Paris Evləri” yaşayış kompleksində təmirsiz mənzillərin 1 kvadrat metrinin qiyməti 1500-2000 manat civarındadır.



PARK ÇİNAR



“Park Çinar Development Company” tərəfindən 7 mərtəbəli “Park Çinar” Paris evləri yaşayış kompleksinin də tikintisi aparılır. 143 ailəlik, 10 bloklu, 7-mərtəbəli “Paris Evləri” yaşayış kompleksi (“Park Çinar”) Mərkəzi Biznes rayonu, Yeni Fəvvarələr Meydanının yaxınlığında Mərkəzi Bulvar küçəsində yerləşir. Kompleksdə təmirsiz mənzilin 1 kvadrat metrinin qiyməti mərtəbədən asılı olaraq 1400-1600 manat civarında dəyişir.



PARİS EVLƏRİ/ AQP İNŞAAT



Bakı Ağ Şəhərdə fransız üslubunda olan digər bir yaşayış kompleksinin tikintisini “AQP İnşaat” şirkəti aparır. Şirkətin tikdiyi yaşayış kompleksi iki 7 mərtəbəli binadan ibarətdir. Birinci bina 137 mənzildən, ikinci bina isə 147 mənzildən ibarətdir. “Paris Evləri” yaşayış kompleksinin gözəl 7 mərtəbəli binaları kiçik hündürlüyə malik Fransız üslublu evlərən ibarət “Yaşıl Ada” (Green Hill) yaşayış rayonunun Nobel və Bakək prospektlərini birləşdirən Xəqani Rüstəmov küçəsi ilə mərkəzi Bulvar küçəsinin kəsişməsində yerləşir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1500-2000 manat civarındadır.



HƏYAT PARK



Bakı Ağ Şəhərdə tikilən komplekslərdən biri də 153 mənzilli 7-8 mərtəbəli binalardan ibarət fransız üslubunda “Həyat Park” yaşayış kompleksidir. Kompleks Babək rayonunun ərazisindədir. Bu rayon Xətai metro stansiyasının yaxınlığında və Bakı Ağ Şəhər layihəsinin gələcək Fəvvarələr Meydanında planlaşdırılan yeni metro stansiyasının yanında yerləşir. “Həyat Park” yaşayış kompleksinin Mərkəzi Bulvar küçəsində münasib yerləşməsi Nobel prospektinə rahat keçidi təmin edəcəkdir, bu da eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına çatmağı asanlaşdıracaqdır. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1500-1800 manat aralığında dəyişir.



FORTİS



60 mənzilli 6 mərtəbəli “Fortis” yaşayış kompleksi binası “Yaşıl Ada” rayonda, şimaldan Fəvvarələr Meydanı bağını, eyni adli metro stansiyasını və yeralti avtomobil dayanacağını dövrələyən geniş Mərkəzi Bulvar küçəsində yerləşir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1600-1650 manat təşkil edir.



RICH TOWER



84 mənzilli 20 mərtəbəli “Rich Tower” yaşayış kompleksi “Park” rayonu ərzisində yerləşir. “Park” rayonu Bulvar Prospektini əhatəyə alan 20 mərtəbəli hündür binalar sırası kimi layihələndirilmişdir. Binaların dəniz səviyəsindən 25 metrdən çox hündürlükdə yerləşməsi Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına heyranedici mənzərəni təmin edir. “Rich Tower” yaşayış kompleksinn əlverişli yerləşməsi Nobel prospektinə rahat keçidi təmin edəcək, oradan da eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına çatmaq asanlaşacaqdır. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti onun yerləşmə mövqeyindən asılı olaraq 2100 və 2400 manat təşkil edir.



BREEZE TOWER

84 mənzilli “Breeze Tower” yaşayış kompleksi də “Park” rayonunda yerləşən 20 mərtəbəli binalardan biridir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1600-2000 manat aralığındadır.


PARK TOWER



84 mənzilli 20 mərtəbəli “Park Tower” yaşayış kompleksi də “Park” rayonunda yerləşən 20 mərtəbəli binalardan biridir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1500-2000 manat civarındadır.



ERA TOWER



84 mənzilli “Era Tower” yaşayış kompleksi də “Park” rayonunda yerləşən 20 mərtəbəli binalardan biridir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1500 manatdan başlayır.



TAC TOWER



“Tac Tower” yaşayış kompleksi də “Park” rayonunda yerləşən 20 mərtəbəli binalardan biridir. Şirkətdən qiymətləri öyrənmək mümkün olmadı.



ALTEM TOWER



84 mənzilli “Altem Tower” yaşayış kompleksi də “Park” rayonunda yerləşən 20 mərtəbəli binalardan biridir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1450-1900 manat intervalındadır.



SEA TOWER



“MONOLIT N-2” MTK-nın tikintisini apardığı 20 mərtəbəli “Sea Tower” binası da Bakı Ağ Şəhər layihəsinin 20 mərtəbəli hündür binalar sırası kimi layihələndirilmiş “Park” rayonunda yerləşir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1500-2800 manat civarında dəyişir.



TƏMƏL PARK



“Təməl Park” yaşayış kompleksi Bakı Ağ Şəhər layihəsinin mərkəzi olan Fəvvarələr Meydanı rayonunda yerləşir. Bu rayon dənizkənarı bulvardakı ticarət və əyləncə mərkəzi ilə nəfis piyada körpüsü vasitəsilə birləşən 7 mərtəbəli yaşayış kompleksləri sırası kimi layihələndirilmişdir.



Kompleksin əlverişli yerləşməsi Nobel prospektinə rahat keçidi təmin edəcək, oradan da eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına çatmaq asanlaşacaqdır. Rayonun cənub hissəsində - Nobel prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb.



Premium səviyyəli 89 mənzilli 7 mərtəbəli “Təməl Park” yaşayış kompleksinin modern üslublu keramika ilə üzlənmiş binası “ATKİNS” şirkəti tərəfindən yerli mütəxəssislərlə birlikdə xüsusi olaraq Bakı Ağ Şəhər üçün layihələndirilmişdir. “Təməl Park” yaşayış kompleksində mənzillərin hər iki tərəfə çıxışlı işlənməsi keyfiyyətli mənzillərə olan müasir tələblərə uyğundur – bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və vanna otaqlarıdır. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1750 -2250 manat aralığında dəyişir.



RENESSANS YAŞAYIŞ KOMPLEKSİ

“Renessans” yaşayış kompleksi - Paris üslublu 178 mənzilli bu eleqant 7 mərtəbəli bina müasir tələblərə uyğun xüsusiyyətlərə malikdir - geniş uşaq meydançası, yeraltı avtoparkinq, daş divarlar, 24 saatlıq mühafizə və digər xidmətlər. Yaşayış kompleksi Bakı Ağ Şəhər, Babək rayonu, Mərkəzi Bulvar küçəsində inşa edilir. “Renessans” yaşayış kompleksinin Mərkəzi Bulvar küçəsində münasib yerləşməsi Nobel prospektinə rahat keçidi təmin edəcəkdir, bu da eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına çatmağı asanlaşdıracaqdır. Tikinti işləri “El İnşaat” şirkəti tərəfindən aparılır. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1450-1600 manat civarındadır.


İNKİŞAF TT



“İnkişaf TT”, Bakı Ağ Şəhər Ofis Binasının arxasında yerləşən 99 mənzilli Paris üslubunda yaşayış binasıdır. Binanın tikintisi eyni adlı mənzil tikinti koorportivi tərəfindən aparılır. 99 mənzilli 5-7 mərtəbəi yaşayış kompleksi “Yaşıl Ada” (Green Hill) yaşayış rayonuda yerləşir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1600-2000 manat civarındadır.



GÖZƏL HƏYAT



87 mənzilli 5-7 mərtəbəli yaşayış kompleksi “Gözəl Həyat” yaşayış kompleksi “Yaşıl Ada” rayonu ərazisində yerləşir. Bu rayon Xətai metro stansiyasının yaxınlığında və Bakı Ağ Şəhər layihəsinin gələcək Fəvvarələr Meydanında planlaşdırılan yeni metro stansiyasının yanında yerləşir. “Gözəl Həyat” yaşayış kompleksinin 1-ci “Yaşıl Ada” küçəsində münasib yerləşməsi Nobel prospektinə rahat keçidi təmin edəcəkdir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1000 manatdan satılıb. Kompleksdə mənzillər bitib.



SAHİL 14 və XƏZƏR 14



90 mənzilli 6-7 mərtəbəli “Sahil 14” kompleksi, 83 mənzilli 6-7 mərtəbəli “Xəzər 14” yaşayış kompleksi fransız üslublundadırlar. Yaşayış kompleksləri kiçik hündürlüyə malik Fransız üslublu evlərən ibarət “Yaşıl Ada” (Green Hill) yaşayış rayonunda yerləşir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1300-1500 manat aralığındadır.



MONPARNAS



119 mənzilli, 7 mərtəbəli “Monparans” yaşayış kompleksi Babək rayonu ərazisində yerləşir. Binalarının hündürlüyü orta və tikili sıxlığı aşağı olan bu rayon Xətai metro stansiyasının yaxınlığında və Bakı Ağ Şəhər layihəsinin gələcək Fəvvarələr Meydanında planlaşdırılan yeni metro stansiyanın yanında yerləşir. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1450-1500 manatdır.



RETRO PARK



“Retro Park” yaşayış kompleksi Babək Qərb rayonunun ərazisində yerləşir. “Retro Park” yaşayış kompleksinin məhz Bakı Ağ Şəhər layihəsinin mərkəzi küçələrinin birində yerləşməsi sizə yaxınlıqda olan ticarət və biznes mərkəzlərinə, eyni zamanda istirahət mərkəzləri və böyük konsert zallarına rahat gedişinizə imkan yaradır. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1430-1700 manat civarındadır.



AĞ SARAY



“Ağ Saray” yaşayış kompleksi “Yaşıl Ada” rayonunda yerləşir. 77 mənzilli 6-7 mərtəbəli yaşayış kompleksində mənzillərin iki tərəfə çıxışlı işlənməsi keyfiyyətli mənzillərə olan müasir tələblərə uyğundur - bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və vanna otaqlarıdır. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1700-1800 manat aralığındadır.



AZFAR



“Azfar” yaşayış kompleksinin 1-ci “Yaşıl Ada” vә X.Rüstәmov küçәlәrinin kәsişmәsindә yerlәşmәsi Nobel vә Babәk prospektlәrinә rahat keçidi tәmin edәcәkdir. 69 mənzilli 6 mərtəbəli yaşayış kompleksi fransız üslubundadır. Bu kompleksdə mənzillərin 1 kvadrat metrinin qiyməti 1450-1500 manatdır.



Qeyd edək ki, Bakı Ağ Şəhər 221 hektar ərazini əhatə edəcək. Layihə başa çatdıqda, Bakı Ağ Şəhərdə 50 min nəfər əhali yaşayacaqdır. Bakı Ağ Şəhər bir-biri ilə qonşu olan 10 kvartalı birləşdirir. Hər bir kvartalın uğurlu inşası bütün Baş Planın həyata keçirilməsi üçün həlledici rol oynayır. Şəhərdə tikintinin ümumi sahəsi 3,7 mln. kv.m təşkil edəcəkdir.






Marja.az

No comments:

Post a Comment