twitter

6.3.13

Bakıda daha bir unikal bina inşa olunacaq



“Kuvait Tower” adlı bu bina Bakıda fəaliyyət göstərəcək ərəb sərmayəçilərin əsas mənzil qərargahı olacaq. Bina Bakının yaxın gələcəkdə ən elit zonasına çevriləcək Bakı Ağ Şəhər daxilində tikiləcək.

“Kuvait Tower”in yeri və digər texniki məsələlər artıq razılaşdırılıb. Hazırda Ağ Şəhərdə Nobel prospekti yaxınlığında inzibati bina və bir neçə yaşayış binasının tikintisi davam etdirilir.
Bakı Ağ şəhərin təməli keçən il qoyulub. Müxtəlif təyinatlı binalardan, komplekslərdən, qeyri-yaşayış sahələrindən, parklardan və.s ibarət olacaq massivin 2020-ci ildə tam hazır olacağı gözlənilir. Yeni şəhər zolağı Nobel və Babək prospektlərinin arasında tikilir.


Baku White City map - Bakı Ağ Şəhər xəritə

No comments:

Post a Comment