twitter

17.12.08

Bulvar Yeni ilə hazırlaşır

Yeni ildə Milli Parkın ərazisində 10-dan artıq yolka qurulacaq. Artıq yolkaların qurulmasına və bəzədilməsinə başlanılıb. Bu barədə Lent.az-a Dənizkənarı Bulvar İdarəsinin əməkdaşı Nazim Məcidov məlumat verib.

İdarə əməkdaşının sözlərinə görə, yeni il ərəfəsində Bulvardakı yenidənqurma və abadlıq işləri də tam başa çatacaq. Hətta Fransadan gətirilən iki “Karnaval” və İtaliyadan gətirilən “Avtodrom” atraksionlarının açılışı olacaq.

Yeni ildə bulvarda olacaq Şaxta babalara gəlincə, N.Məcidov təxminən hər yolkanın yanında bir şaxta babanın dayanacağını və onların dəqiq sayının hələki müəyyənləşmədiyini deyib.

No comments:

Post a Comment