Gəncədə ölkə başçısı İlham Əliyevin doğum gününə təsadüf edən bayram şənliklərinin ilk günündə mərkəzi meydanda Qafqazda analoqu olmayan tort kəsilib.Mərasimdə Gəncə şəhər icra başçısı Eldar Əzizov və şəhər içtimayətinin nümayəndələri ilə yanaşı yüzlərlə şəhər sakini də iştirak edib. E.Əzizov jurnalistlərə bildirib ki, tort gəncəli iş adamlarının və şəhər içtimaiyyətinin ölkə başçısına ad günü hədiyyəsidir:
«Belə mərasimlər artıq Gəncədə ənənə halını alıb. Ötən il prezident İlham Əliyevin ad günü münasibəti ilə böyük tort hazırlanmışdı. Bu ilki isə keçən ildəkindən iki dəfə böyükdür. Bu isə gəncəlilərin prezidentə olan məhəbbətini sübut edir».
Tədbirdə tort kəsilərək şəhər sakinlərinə paylandı. Tortu hazırlayan şirniyyatçı Müzəffər Agüloğlunun sözlərinə görə, şirniyyatın uzunluğu 30, eni 3 metr, çəkisi 5 ton, hündürlüyü isə 0,25 m-dir. M.Agüloğlu nəhəng şirniyyatın hazırlanmasına təxminən 20 min manat vəsait sərf olunduğunu bildirib. Tortun mərkəzində Azərbaycan Respublikasının dövlət atributları olan bayrağımız, xəritəmiz, 8 künclü gerbimiz, həmiçnin Gəncənin gerbi və 2502 yazısı əks olunmuşdu. Tort Gəncənin tarix-memarlıq abidələri və görməli yerlərini əks etdirən kremdən hazırlanan 40-a yaxın şəkil və maketlərlə bəzədilib. M.Agüloğlunun bildirdiynə görə, ötən il tortdan 8-10 min nəfər dadmışdırsa bu il bu göstərici iki dəfə çox olacaq.
Tortun hazırlanmasına təxminən 10 gün öncə başlanılıb və onun üzərində 20 şirniyyatçı işləyib. Tort üçün 1,5 ton un, 1,5 ton şəkər tozu, 20 min ədəd yumurta, 150 kiloqram kərə yağı, 140 kiloqram qoz ləpəsi, 75 kiloqram nişasta işlədilib.
Bu gün həmçinin Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Gəncənin mərkəzi meydanında konsert proqramı da təşkil edilib. Tədbirdə Gəncənin tanınmış incəsənət ustaları ilə yanaşı populyar müğənni Röya da iştarak edib.